Sabah “Dərs vaxtı”nın canlı müzakirəsi olacaq

21:57 17.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Dərs vaxtı” verilişinin növbəti canlı müzakirəsi martın 18-i saat 13:10-dan 15:10-dək efirdə olacaq.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, “Mədəniyyət” kanalında yayımlanan canlı müzakirə zamanı yuxarı sinif şagirdləri üçün riyaziyyat və kimya fənlərindən sualların cavablarına aydınlıq gətiriləcək. Təhsil Nazirliyi “Dərs vaxtı”nı izləməyi tövsiyə edir.