Sabah yollar buz bağlayacaq - Xəbərdarlıq

18:28 25.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Hafta.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 26-da gecə və səhər bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Bildirilir ki, hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.