Sabahdan 4 günlük tətil başlıyır

10:52 08.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq.

 

Hafta.az-ın məlumatına görə, iyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

 

Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) qeyri-iş günləridir.

 

Növbəti iş günü iyulun 13-dədir.