Sabahdan hava dəyişəcək, yağış yağacaq

11:24 08.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabahdan hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Oktyabrın 9-u səhərdən 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Qərb küləyi arabir 15-20 m/s, 10-da ayrı-ayrı yerlərdə 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.