Sabahdan MİQ üzrə imtahan mərhələsinə başlanılır

12:13 13.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən hafta.az-a verilən xəbərə görə, test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə artıq göndərilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.