Sabahın hava proqnozu

13:59 08.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ETSN fevralın 9-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlayıb.

Nazirlikdən hafta.az-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 1° şaxta olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək

Nisbi rütubət gecə və gündüz 75-85% olacaq. 

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.