Sabahın hava proqnozu

13:42 06.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a bildirilib ki, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu  gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda  gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.  

Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir  duman olacaq. Qərb  küləyi  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-10° isti,  dağlarda gecə 0-5° şaxta, gündüz  2-5° isti olacaq.