Sabahın hava proqnozu: yağış...

12:47 24.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 20-22° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəziyerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-16° isti, dağlarda gecə 4-7° isti, gündüz 8-13° isti olacaq.

Oxunma sayı 1918