Sabirabadda ev, Goranboyda maşın yandı

09:38 21.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının və mətbəxinin qamışdan ibarət tavanı 50 m² sahədə və qismən ev əşyaları yanıb. 

 

Bu barədə hafta.az FHN-dən bildirilib.

Məlumata görə, evin qalan hissəsi və bitişik köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Goranboyda isə rayonunun Qaraçinar kəndində "ГАЗ" markalı yük avtomobilinin 2 ədəd təkəri və qismən ban hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.