Sabirabadda ferma ərazisində yanğın olub

09:54 27.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Kovlar kəndində ferma ərazisində ümumi sahəsi 2500 m² olan dəmir konstruksiyalardan ibarət talvarın qamışdan ibarət tavanı 1640 m² sahədə və altına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.