Şabranda maşın  piyadanı vurub öldürdü

17:14 06.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabranın Ağbaş kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az-ın məlumatına görə, Bakı-Quba avtomobil yolunun kənddən keçən hissəsində rayon sakini 1965-ci il təvəllüdlü Məcidov Rahib Əli oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı aldığı müxtəlif dərəcəli xəsarətlərdən ölüb.

 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.