Sabunçuda “ГАЗ” yanıb

19:21 17.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçuda yanğın hadisəsi olub.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə, altında dayanan “ГАЗ” markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. Talvarın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.