Şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

12:24 26.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

6 iyun saat 18:00-dan 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

Bu barədə hafta.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Oxunma sayı 98