Məktəblərdə hücumların tez-tez həyata keçirildiyi ABŞ-da şagirdlərin məktəbə bel çantası ilə gəlməsinə qarşı tədbir həyata keçirilib. Miçiqan ştatının Flint Public Schools bölgəsi şagirdlərə bel çantalarından istifadəni qadağan edib.
Hafta.az-ın "CBS News"a istinadən yazdığına görə, aprelin 27-də valideynlərə göndərilən məktubda səlahiyyətlilər bel çantası geyinən şagirdlərin əşyalarının girişdə alınacağını bildirib. Ona görə də valideynlərin bel çantalarını təslim almaq üçün çağırılacağı açıqlanıb.
Flint Dövlət Məktəblərinin direktoru Kevelin Jones, şəxsi əşyalar üçün kiçik kisələr, paltar üçün plastik torbalar və nahar qutularına icazə veriləcəyini açıqlayıb. Lakin bu çantalarda da axtarış aparılacağı vurğulanıb.
"Ölkənin hər bir məktəbində hədələyici davranış və silah kimi qadağan olunmuş əşyaların tətbiqi artıb", - deyib direktor Cons: "Bel çantaları şagirdlərə silahları kitabların arasında və ya digər əşyaların altında saxlamağı asanlaşdırır".
Jones bel çantalarının təhlükəsizlik narahatlığını tamamilə aradan qaldırmadığını və buna görə də qadağan edildiyini vurğulayıb: "Bel çantalarını tamamilə qadağan etməklə və regionda təhlükəsizliyi artırmaqla məktəblərimizə gətirilənlərə daha yaxşı nəzarət edə bilərik".
Mart ayında Tennessi ştatında ibtidai məktəbə hücum edilmişdi. Audrey Hale Nashville-də özəl xristian məktəbinə təşkil etdiyi hücumda üçü uşaq və üç məktəb işçisi olmaqla altı nəfəri öldürmüşdü.
Həmin ay 17 yaşlı Ostin Layl Koloradonun paytaxtı Denverdə orta məktəbə basqın edərək iki məmuru silahla yaralayıb.