Şagirdlərin yerdəyişməsinə başlanılıb

13:24 17.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən ümumtəhsil məktəblərində şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən başlanılıb.

Elm və Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, şagird yerdəyişməsi https://sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 17-31 oktyabr 2022-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qəbul şagird yerdəyişməsi elektron sistemi üzərindən həyata keçirilir.