Sağlamlıq imkanları məhdud uşaqların sayı artıb

16:55 20.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb.

Hafta.az xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. 

“Ana ölümlərinin statistikasını təhlil edəndə müşahidə edilir ki, qadınlar daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişir. Bununla bağlı bir çox nümunələr var”, - o qeyd edib.

Oxunma sayı 45