“Şahdağ”da şəhid və qazi ailələri üçün tədbir təşkil edilib

11:38 25.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Turizm Agentliyinin tabeliyindəki "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə Quba, Qusar və Xaçmaz rayonlarından olan 100-ə yaxın Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün növbəti tədbir keçirilib.

Turizm Mərkəzindən hafta.az-a bildirilib ki, sosialyönümlü tədbir çərçivəsində şəhid ailələri üçün kompleks ərazisinə ekskursiya təşkil edilib, müxtəlif attraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, o cümlədən interaktiv oyunlar keçirilib, musiqili-əyləncəli proqramlar təşkil edilib.

Tədbirin keçirilməsinin məqsədi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların övladlarını sevgi və qayğı ilə əhatə etməkdir.