Sahibə Qafarova avropalı həmkarının vəfatı ilə bağlı başsağlığı verdi

17:22 12.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin sədri David Sassolinin vəfatı ilə bağlı başsağlığı verib.

 

Hafta.az-ın xəbərinə görə, parlamentin sədri bu barədə “Twitter”də paylaşım edib.

 

Azərbaycan parlamentinin sədri D. Sassolinin vəfatı ilə bağlı xəbərin onu çox kədərləndirdiyini bildirib.

 

S. Qafarova D. Sassolinin ailəsinə və yaxınlarına başsağlığı verib.

 

Qeyd edək ki, 65 yaşlı David Sassoli yanvarın 11-də Aviano şəhərində vəfat edib.

Siyasət rubrikasından digər xəbərlər