Sahibə Qafarova Mustafa Şəntopa başsağlığı verdi

22:37 13.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 13-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məktub ünvanlayıb.

 

Bu barədə hafta.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Parlamentin sədri Türkiyənin Kastamonu, Sinop və Bartın bölgələrində sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılardan kədərləndiyini bildirib, qardaş Türkiyə xalqına, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Milli Məclisi adından başsağlığı verib, xəsarət alanlara Allahdan şəfa diləklərini ifadə edib.