Sahil Babayevə yeni müavin TƏYİN OLUNDU

18:37 08.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Maliyyə naziri Sahil Babayevə yeni müavin təyin edilib.

Hafta.az-ın məlumatına görə, müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən bu gün imzalanıb.

Sözügüdln vəzifəyə Natiq Həsənov gətirilib.

O, ötən ilin mart ayından Maliyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Natiq Həsənov 2018-ci ildən 2025-ci ilədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.