“Brent”in qiyməti iyunun 11-dən bəri ilk dəfə 90 dolları ötüb

09:37 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti iyunun 11-dən bəri ilk dəfə bir barel üçün 90 dollar həddini keçib.

Hafta.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 02:00-da “Brent” neftinin sentyabr fyuçerslərinin qiyməti 2,27 faiz artaraq 90,26 dollara çatıb.

Sonrakı dəqiqələrdə artım davam edib və qiymət 90,84 dollara yüksəlib. Bu, əvvəlki göstərici ilə müqayisədə 2,92 faiz artım deməkdir.

Bununla yanaşı, ABŞ-nin WTI markalı neftinin iyul fyuçerslərinin qiyməti 2,78 faiz artaraq bir barel üçün 84,04 dollar təşkil edib.