Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirib.
Hafta.az-ın yazdığına görə, qəbulda Milli Məclisin deputatı Aydın Hüseynov, rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ümumilikdə 80 nəfər qəsəbə sakini iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərinə Prezident seçkilərində fəal iştirak ettiklərinə görə təşəkkür edib. Sakinlərdən 17 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.