Şahzadə Harri II Elizabetin ölümünü internetdən öyrənib

12:27 23.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Şahzadə Harrinin nənəsi II Yelizaveta ilə vidalaşmağa vaxtı olmayıb və onun ölüm xəbərini internetdəki mesajlardan öyrənib. Hafta.az bildirir ki, bu barədə “Page Six” Bukingem sarayına yaxın çoxsaylı mənbələrə istinadən yazır.

İnsayderlərin sözlərinə görə, Şahzadə Harri sentyabrın 8-də səhər III Çarlz tərəfindən Şotlandiyanın Balmoral malikanəsinə çağırılıb. Sasseks hersoqu Edinburq yaxınlığındakı hava limanına enəndə internetdən nənəsinin öldüyünü öyrənib. Kral ailəsinin üzvlərindən və ya saray əyanlarından heç biri Harriyə zəng edərək monarxın ölümü barədə məlumat vermədi.
Şahzadə Harri ölümündən bir neçə saat sonra Balmorala gəlib.

Oxunma sayı 2004