Kraliça II Yelizavetanın ölümündən sonra şahzadə Uilyam və Keyt Middlton milyarder olublar. Hafta.az bildirir ki, bu barədə “DailyStar” xəbər verir.
Britaniya şahzadəsi və həyat yoldaşı yeni titullar - Kornuol hersoqu və hersoginyası aldıqdan sonra milyarder olublar. Bildirilir ki, əgər əvvəllər şahzadə Uilyamın sərvəti 34 milyon funt sterlinq qiymətləndirilirdisə, o, yeni titullar aldıqdan sonra 1,1 milyard funt-sterlinqdən çox olub.
Yeni titulların əlavə edilməsi o deməkdir ki, Uilyam və Keytin böyük miqdarda torpaq, meşələr, çaylar və digər aktivləri miras alacaqlar. Mənbələrin bildirdiyinə görə, Uels şahzadəsi İngiltərə və Uelsin 20 əyalətində təxminən 128,000 hektar əraziyə sahibdirlər, onlardan bəziləri Dartmur Milli Parkını da əhatə edir.