Yazını böyüt
Yazını kiçilt
Şair Balayar Sadiq yıxılaraq huşunu itirib.
Hafta.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Qeyd olunub ki, vətəndaş Əliyev Balayar Sadiqoğlu huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib.
"O, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra komputer tomoqrafiyası edilib. Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir", - deyə Mərkəzdən bildirilib.