Salvador hər gün bir bitkoin alacaq

18:47 17.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

El Salvador noyabrın 18-dən hər gün bir bitkoin alacaq. RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə prezident Nayib Bukele bildirib.

Bukele sosial şəbəkədə "Sabahdan başlayaraq hər gün bir bitkoin alacağıq" yazıb.

El Salvador dünyada bitkoini ödəniş vasitəsi kimi qanuniləşdirən ilk ölkə olub. Müvafiq qanun 2021-ci il sentyabrın 7-dən qüvvəyə minib.

Bazar ertəsi bitkoinin qiyməti 5% azalaraq 15,99 min dollar olub.