Salyanda 32 yaşlı qadın özünü asdı 

10:40 30.06.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyanda intihar hadisəsi baş verib.

Hafta.az  “Report”a  istinadən  xəbər verir ki, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1987-ci il təvəllüdlü Xəlilova İradə Pərvaz qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.