Salyanda ev yanıb

10:17 21.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan rayonunun Aşağı Kürkənd kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.