Şamaxı ev yanıb

15:39 15.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı rayonunun İkinci Cabanı kəndində ümumi sahəsi 100 kvadratmetr olan evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, nəticədə birmərtəbəli ev yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.