Şamaxıda 18 yaşlı oğlan qətlə yetirilib

10:12 22.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 22-də saat 7 radələrində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.