Şamaxıda zəlzələ qeydə alınıb

10:00 23.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 23-də Qobustan stansiyasından 35 km cənub-qərbdə Şamaxı rayonunda maqnitudası 3.3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:43-də qeydə alınıb.

Ocağı 1,3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.