Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq iqtisadi sanksiyalar artıq Rusiyanın belini bükməyə başlayıb.
Hafta.az-ın yazdığına görə, Federasiya Şurasının dünənki iclasında danışan Baş nazirin müavini Andrey Belousov bildirib ki, ölkə iqtisadiyyatına dəstək məqsədilə ehtiyyat fonddan 7-8 trilyon rubl (97 milyard dollar) vəsait ayırmağı düşünürlər. Məsələni şərh edən "Nezavisimaya Qazeta" yazır ki, bu qədər vəsait Rusiyanın Ehtiyyat Fondundakı pulun təxminən yarısı deməkdir. Hansı ki, apreldə sözügedən fondun ehtiyyatı 13 trilyon rubl idi. üstəlik, qəzet əlavə edib ki, ilik ilk rübündə büdcədən xərclər də 20 faiz artıb.
A.Belousov çıxışında Rusiya iqtisadiyyatında iki risq faktının olduğunu da bildirib. Bunlar nəqliyyat-daşıma problemləri səbəbindən iqtisadiyyatın inkişafının aşağı düşməsi və sərmayə yetərsizliyidir.
Baş nazirin müavini onu da deyib ki, dəstək paketinin məqsədi "şokun təsirini aradan qaldırmaq və təşvişə yol verməməkdir". O, dəstək paketi çərçivəsində vergi endiriminin olacağını da qeyd edib. Amma Maliyyə Nazirliyi hələlik, bu müstəvidə mövqe bildirməyib.