Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Hafta.az-ın yazdığına görə, görüşdə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda 50-dən çox qəsəbə sakini iştirak edib. Səngəçal ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən dinlənilib, həlli mümkün problemlər yerindəcə aradan qaldırılıb, vaxt tələb edən problemlərin isə həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinləri Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumatlandırılıb.