Saray qəsəbəsinə giriş-çıxışı məhdudlaşdırılacaq

17:35 08.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 9-da saat 10:00-dan etibarən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq, yolun 19-cu kilometrindən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Bu barədə hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri yekunlaşanadək qüvvədə olacaq.

Sürücülər alternativ olaraq qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun 17-ci kilometrindən istifadə edə bilərlər.