Sarayda minik avtomobilləri toqquşdu - Ölən var

23:49 05.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Saray qəsəbəsində "İran Khodro" və "LADA" markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "İran Khodro" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1969-cu il təvəllüdlü Mirişov Firudin Şahverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.