Şaxta və quraqlığa görə Rusiyada meyvə beşqat bahalaşıb

09:25 04.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyadakı şaxta və sonrakı quraqlıq gilas istehsalına ciddi təsir göstərdiyindən qiymətlər ötən illə müqayisədə 3-5 dəfə artıb.

Hafta.az-ın “Baza Telegram” kanalına istinadən yazdığına görə, əlverişsiz hava şəraiti məhsulu xeyli azaldıb və kənd təsərrüfatı şirkətləri bəzi ağacları kökündən qoparmaq məcburiyyətində qalıblar.

Orlovski şəhərindən olan bir kənd təsərrüfatı şirkəti bu il hər ağacdan orta hesabla 7 kiloqram gilas yığıb, hansı ki,  2023-cü ildə isə bu miqdar 50 kiloqramdan çox olub.

İstehsalçıdan gilasın qiyməti kiloqram başına 400 ilə 800 rubl arasında dəyişir. Keçən il bu qiymət 150 ilə 500 rubl arasında idi. Gilasının bir kiloqramı pərakəndə satış məntəqələrində 800-1500 rubl arasında satılır, xaricdən gətirilən gilasın qiyməti isə 2000-3500 rubl arasındadır.

Bu arada, gilasla yanaşı kakao yağının bahalaşması səbəbindən istehsalçılar şokolad məhsullarının çəkisini azaltmalı, kakaonun tərkibini aşağı salmalı və istehsal proseslərini avtomatlaşdırmalıdırlar.

Fındıq ətirli Aero barların çəkisi rəqibləri ilə müqayisədə üçdə iki azaldılıb və KitKat seriyasındakı şokolad donutları tamamilə yerinə qismən şokoladla örtülüb.

Kakaonun qiymətlərində rekord artım Qərbi Afrikadakı quraqlıq, xəstəlik və struktur problemləri ilə bağlıdır. Bu bölgələr dünya kakao istehsalının böyük hissəsini təmin edir.