Rusiya ordusu haqqında yalan xəbərlər hazırlamaq və yaymaq cinayətini törədənlərin əmlaklarının ələ keçirilməsinə yol açacaq yeni qanun layihəsi yanvarın 22-də parlamentin aşağı palatası olan Dövlət Dumasına təqdim olunacaq.
Hafta.az-ın “Vedomosti” qəzetinə istinadən yazdığına görə, Cinayət Məcəlləsinin 104.1-ci maddəsinə dəyişiklikliyi nəzərdə tutan qanun layihəsi əmlakın müsadirə edilməsi cəzasının tətbiq oluna biləcəyi cinayətlərin əhatəsini genişləndirir. “Ordu haqqında yalan xəbərlər hazırlamaq və yaymaq” cinayəti də bu çərçivədədir.
Müvafiq qanun ilk dəfə qəbul edilən zaman sözügedən cinayəti törətmiş şəxslərə qarşı yalnız cərimə və ya azadlıqdan məhrumetmə cəzası, əmlakın müsadirə olunması cəzası isə yalnız qanunsuz yolla əldə edilmiş sərvətlərə tətbiq edilirdi.
Bildirilib ki, yeni qanun layihəsi Dumadakı bütün partiyaların birgə imzaladığı layihə kimi təqdim olunub.