Sayımız 8 gündə 302 nəfər ARTIB

11:41 09.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin ilk 8 günü üzrə ölkədə qeydə alınan doğum və ölüm sayı məlum olub.

Hafta.az xəbər verir ki, Ədliyyə Nazirliyindən 2026-cı ilin yanvar ayının ilk 8 günündə 1708 doğum faktının rəsmiləşdirildiyi bildirilib.

Eyni dövrdə ölkə üzrə 1406 ölüm halı qeydə alınıb.

Rəsmi məlumatlara əsasən, göstərilən müddətdə doğumların sayı ölümləri nisbətən üstələyib.