Saytların bloklanmasında “erməni əli” varmı? – Müzakirə

17:02 31.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Hətta burda bir erməninin əli varsa, bunu da Rusiyanın tərkib hissəsi kimi qəbul etməliyik.  Onları milli, etnik rənginə görə Rusiyadan ayırmağımız mənasızdır.  Əgər Rusiyada Azərbaycan saytlarının bağlanmasında erməni lərə dözürlərsə, deməli dövlət maraqları erməni əsilli vətəndaşların belə davranmasına imkan yaradır”.

Bunu hafta.az-a  media eksperti  Zeynal Məmmədli Rusiyada Azərbaycana qarşı olan əks çıxışların, eləcə də saytların bloklanmasında erməni əlinin olması ehtimalları ilə bağlı açıqlamasında bildirib.

Z.Məmmədli Azərbaycan saytlarının bloklanması səbəblərinə diqqət çəkərkən, məsələyə “Rusiya ictimaiyyəti Azərbaycan mediasını oxuyurmu”-məntiqi əsasında yanaşmaqla aydınlıq gətirib.

“Azərbaycan mediasını ən azı Rusiyanın Azərbaycanla məşğul olan bəzi şəxsləri, təşkilatları oxuya bilər”. 

Z.Məmmədli hesab edir ki, Azərbaycan tərəfi  bunun cavabında yalnız öz işini görməklə davam etməli,  əhalini doğru-dürüst məlumatlandırmalıdır.

““Rusiya öz ictimai rəyini  dolğun məlumatlandırmaqdan çəkinir. İstər-istəməz  Ukraynadakı  vəziyyət Azərbaycan saytlarında da işarır. Ukraynada müharibə aparır və əhalisinin gerçəkləri bilməsini, bu miqyasda təklənməsini gizlətmək istəyir. Ona görə də Azərbaycan saytlarını  bloklayır.

Azərbaycan kiçik bir dövlətdir və Rusiyadan  maksimum qorunan bir xətt yürütməlidir. Amma Rusiyanın kim olduğunu, nəyə can atdığını unutmamalıyıq.  Belə təbliğat şansı verilən yerlərdə ən yaxşı hal doğru məlumat verməklə öz işini görməkdir”.