Səbaildə evdə baş verən yanğın söndürülüb - FOTO-YENİLƏNİB

17:46 14.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Səbail rayonunda yaşayış evində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunda Gülbala Əliyev küçəsində fərdi evdə yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.