“Səbail”in baş məşqçisi istefa verib

19:06 03.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Səbail” komandasının baş məşqçisi Şahin Diniyev istefa verib.

Hafta.az xəbər verir ki, mütəxəssis bu qərarını Misli Premyer Liqasının XII turunda “Kəpəz”ə 0:1 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.

Qeyd edək ki, “Səbail” XII turdan sonra 7 xalla 9-cu sırada qərarlaşıb.