Seçki Məcəlləsinə dəyişiklik edilir

10:38 18.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Seçki Məcəlləsinə dəyişiklik edilir.

Hafta.az-ın xəbərinə görə, dəyişikliklə Məcəllədəki “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz olunur.

Dəyişiklik layihəsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 aprel tarixli 2089 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Belə ki, həmin bənddə qanunların və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması tapşırılıb.

Beləliklə, layihədə təqdim olunan dəyişikliklər təklif olunan qanunların “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasının təmin edilməsini nəzərdə tutur.

Məqalədə:
Siyasət rubrikasından digər xəbərlər