Səfərbərlik Rusiyaya bir trilyona BAŞA GƏLƏCƏK

19:35 22.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Səfərbərlik Rusiya Federasiyasının büdcəsinə hər il ən azı 1,3 trilyon rubla başa gələcək. Hafta.az bildirir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Telegram-da məlumat verib.

Onun sözlərinə görə, eyni zamanda Rusiya Federasiyasında kəsir artır, büdcə gəlirləri isə sanksiyalara görə azalır.

"Mobilizasiya Rusiya büdcəsinə hər il ən azı 1,3 trilyon rubla başa gələcək. Kəsir artır, sanksiyalara görə gəlirlər azalır. Dəlilik həmişə çox baha başa gəlir", - OP rəhbəri yazıb.

Oxunma sayı 1836