Səfərbərlikdən yayınma ilə bağlı ilk cinayət işi başlanıb

21:58 05.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyada qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırışdan yayınma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 328-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı ilk cinayət işi başlanıb. Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Penza vilayəti üzrə istintaq idarəsi tərəfindən araşdırma aparılır.

Penza vilayətinin 32 yaşlı sakininə sentyabrın 26-da daha sonra hərbi komissarlığa göndərilmək üçün yerli administrasiyaya gəlmək zərurəti barədə məlumat verilib. Lakin o, meydana çıxmayıb.

"Aqora" hüquq-müdafiə təşkilatının rəhbəri Pavel Çikov bildirib ki, adam artıq ikinci gündür ki, müvəqqəti saxlama təcridxanasındadır.

Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 328 Maddəsinə əsasən iki ilə qədər həbs cəzası nəzərdə tutur.

Öz növbəsində şübhəlinin müdafiə tərəfi israr edir ki, bu maddə yalnız hərbi xidmətdən yayınanlara şamil edilir. Bunu, xüsusən, Ali Məhkəmənin Plenumunun izahatları təsdiq edir.

Müdafiə tərəfi həmçinin göstərilən əsaslarla işə xitam verilməsini xahiş edir.