Şəhid Abış Məhəmmədovla vida mərasimi keçirilib

14:10 04.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyitinin qalıqları Füzuli rayonu ərazisində tapılmış Məhəmmədov Abış Əsgər oğlu ilə vida mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, şəhidlə vida mərasimi Qaradağ rayonunda keçirilib. Mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Abış Məmmədovun nəşi Qaradağ rayonundakı Qızıldaş Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

 

Qeyd edək ki, Məhəmmədov Abış Əsgər oğlu 31 avqust 1993-cü ildə Qubadlı rayonunun Balasoltanlı kəndində itkin düşüb.

Xəbər yenilənəcək