Şəhid Tural Gəray oğlu Rəhimli doğum günündə anıldı - FOTOLAR

17:50 27.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün 2020-ci il Vətən müharibəsində qəhrəmancasına şəhid olan Tural Gəray oğlu Rəhimlinin doğum günüdür.

Əslən Laçından olan qəhrəmanımızın xatirəsi doğum günündə vaxtilə təhsil aldığı Laçın rayon 45 saylı orta məktəbin kollektivi tərəfindən yaşadığı küçədə adına salınmış bulaq kompleksinin qarşısında anılıb.

Qeyd edək ki, məktəb rəhbərliyi tərəfindən Turalın təhsil aldığı sinfə də şəhidimizin adını veriblər.

Anım günündə məktəblilərə şəhidimiz həyat yolu, döyüş yolu haqqında məlumat verilib. Məktəblilər anım tədbirində vətənpərvərliyə həsr olunmuş şerlər söyləyiblər. Şəhidimizin adına bəstələnmiş mahnı ifa olunub.