Şəhid və qazi ailələri ziyarət olunub

18:00 16.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağstafa və Tovuz rayonlarında şəhid və qazi ailələri ziyarət olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, hərbi qulluqçular, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəlıyeva 43 şəhid, 6 qazi və əsirlikdən azad olunmuş 1 vətəndaşımızın ailəsini ziyarət ediblər.

Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb, ailələrə hədiyyələr və sovqatlar təqdim olunub.