Tarixən dünyada və o cümlədən Azərbaycanda çay sudan sonra ən çox içilən mayedir. Amma çayın dəmlənməsi qaydaları, hansı növ çaydan istifadə, hətta çayı nə cür stəkanda içmək insanların fərqli zövqündən asılı olub.
Hafta.az-ın yazdığına görə, ümumilikdə ən çox içilən çay bildiyimiz adi qara çaydır. Bəs çayı qəndlə, digər şirinləşdirici vasitələrlə içmək yaxşıdır, yoxsa şəkərsiz halda? Hər halda həkim-mütəxəssislər bildirir ki, şəkərsiz qara çay içmək insan sağlamlığını qoruyur və bir çox xəstəliklərə qarşı təbii qalxan rolunu oynayır.
Şəkərsiz içilən qara çay hansı xəstəliklərə faydalıdır? Bunlar aşağıdaklardır:
İnsult və iflic riskini azaldır; Hipertoniya riskini azaldır; Diabet və insulin müqaviməti riskini azaldır; İnfarkt və ürək-damar xəstəlikləri riskini azaldır; Qıcıqlanmış bağırsaq sindromunu müalicə edir; Xolesterol üçün yaxşıdır; Qaraciyərin yağlanması riskini azaldır; Döş, ağciyər, tiroid və yumurtalıq xərçəngi riskini azaldır.