Şəkidə məktəbdə ölüm hadisəsi baş verib

11:27 05.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə orta məktəbdə ölüm hadisəsi baş verib.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Aran kənd tam orta məktəbində qeydə alınıb. Məktəbdə texniki işçi kimi çalışan Aran kənd sakini, 1972-ci il təvəllüdlü Telman Məhərrəm oğlu Əzizovun vəziyyəti qəfil pisləşib və o, keçinib. İlkin araşdırma zamanı T. Əzizovun ürək tutmasından öldüyü məlum olub.