Şəkidə “Novruz təranələri” adlı baxış-müsabiqə keçirilir

13:03 05.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində “Novruz təranələri” adlı baxış-müsabiqəyə start verilib. Müsabiqədə rayonda fəaliyyət göstərən mədəniyyət və təhsil müəssisələrinin bədii özfaliyyət və folklor kollektivləri, yeniyetmə və gənc ifaçılar iştirak edirlər.

Şəki Regional Mədəniyyət İdarəsindən hafta.az-a bildiriblər ki, 1978-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu müsabiqə yeniyetmə və gənc istedadların üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi daşıyır. Kollektivlərin çıxışları peşəkar mütəxəssislərin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Baxış-müsabiqə martın 12-dək davam edəcək. Müsabiqədə fərqlənənlər mükafatlandırılacaqlar.